Aleksey Baqa: "Çünki o vəziyyətdə deyilik"

14.03.2022 | 5169 dəfə oxunub

"Rəqib komandanın heyətində kifayət qədər yaxşı futbolçular var. Özlərini yaxşı göstərdilər. Hər kəs bacardığı oyunu göstərdi. Lakin belə komandalarla oyunlarda da qələbə qazanmaq lazımdır. Amma bizə nəsib olmadı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

"Biz indi özümüzə rəqib seçə bilmərik. Çünki o vəziyyətdə deyilik. Hər oyuna son matç kimi çıxırıq. Xal qazanmaq lazımdır. İstəyir rəqib "Neftçi" olsun və ya başqası. Ona görə də belədir"  - deyə belaruslu mütəxəssis əlavə edib.

- Bura gələndən rəqibləri qələbə münasibətilə təbrik edirsiniz. Sizcə, biz sizi nə vaxt təbrik edəcəyik?

- Düşünürəm ki, bu məqam da gələcək. İndi biz peşəkarlığımızı qorumalıyıq. İstər meydanda, istərsə də paltardəyişmə otağında maksimum peşəkar olmalıyıq. Qələbənin resepti də budur. Biz ancaq bu şəkildə qələbə qazana bilərik. İnanıram ki, sizin də məni qələbə münasibətilə təbrik edəcəyiniz oyun olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail