Güləşçilərimizdən 2 qızıl, 1 bürünc medal - Avropa çempionatı

14.03.2022 | 4262 dəfə oxunub

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Stadium.Az xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançımız  finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.

Rəqibinə cəmi 42 saniyəyə qalib gələn (10:0) Abakarov qızıl medala sahib çıxıb.

Aydın Əhmədov (125 kq)  3-cü yer uğrunda Yunanıstan təmsilçisi Azamat Xosonovla qarşılaşıb. Qarşılaşmadan 7:3 hesabı ilə qalib ayrılan Əhmədov bürünc medal qazanıb.

Cəbrayıl Hacıyev isə finalda rumıniyalı Kristian Biro ilə qarşılaşıb. 74 kq çəkidə yarışan Hacıyev rəqibini 8:1 hesabı ilə məğlub edən Hacıyev qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medala sahib çıxıb.

Bununla da sərbəst güləş üzrə Azərbaycan milli komandası yarışı 4 qızıl və 3 bürünc medalla başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail