"Qəbələ" ilə "Zirə" arasında 28-ci duel

11.03.2022 | 4303 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” martın 13-də “Zirə” ilə görüşəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma iki rəqib arasında ümumilikdə 28-ci duel kimi tarixə düşəcək.

Əvvəlki 27 qarşılaşmada 10 qələbə qazanan “Qəbələ” 12 heç-heçə edib və 5 dəfə məğlub olub. Rəqib qapısına 36 qol vuran “Qəbələ” 24 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. 

İndiyədək keçirilən 27 görüşdən 25-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 8 dəfə rəqibini üstələyən "Qəbələ" 12 matçdan 1 xalla ayrılıb. Digər 5 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 29 qol vuran “qırmızı-qaralar” 22 top buraxıb.

“Qəbələ” 13-cü dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 7 sülhə imza atıb və yalnız bir dəfə uduzub. Doğma divarlar arasında 19 qol vuran "Qəbələ" 10 top buraxıb.

Martın 13-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 16:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail