FİFA-dan Rusiya futboluna ağır zərbələr

09.03.2022 | 3221 dəfə oxunub

FİFA yaxın müddətdə Rusiya klublarına daha bir ağır zərbə vuracaq. Stadium.Az xəbər verir ki, FİFA rəhbərliyi tezliklə açıqlama verərək, Rusiya klublarında çıxış edən əcnəbi futbolçuların müqavilələrini dondurmasına və başqa klublara icarəyə keçməsinə icazə verdiklərini bildirəcək.

Daha öncə xeyli sayda legioner futbolçu Rusiya klublarını tərk edib. Buna səbəb Rusiyanın Ukraynaya qarşı törətdiyi işğalcı siyasətidir.

FİFA-nın digər qərarına əsasən Rusiya yığması beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Bununla da Polşa millisi  DÇ-2022-nin pley-offunun finalına birbaşa yüksəlib

Polşa finalda İsveç - Çexiya cütünün qalibi ilə oynayacaq. Qurum həmçinin Şotlandiya - Ukrayna matçının iyun ayına təxirə salındığını açıqlayıb.

FİFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə növbəti qərar açıqlanana qədər bu ölkənin millisini və klublarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail