Əfran İsmayılov 1111 manatını aldı

16.03.2012 | 4930 dəfə oxunub

Peşəkar Futbol Liqasının Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov fevral ayının ən yaxşı futbolçusu seçilib. Bu münasibətlə keçirilən tədbirdə futbolçuya PFL-in hədiyyəsi və pul mükafatı təqdim olundu. 

Stadium.az xəbər verir ki, mükafatlandırmadan sonra Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırdı. Ona göstərilən etimada görə öz təşəkkürünü bildirən Əfran İsmayılov “ayın oyunçusu” seçiləcəyini gözləmədiyini söylədi: “Mənə səs verənlərə təşəkkür edirəm. Çalışacağam göstərilən etimadı doğruldum. “Unibank” və PFL-ə də minnətdarlığımı bildirirəm. Bu aralar başımız o qədər qarışıqdı ki, heç “ayın oyunçusu” seçiləcəyimi düşünmürdüm. Amma belə mükafatlar adamı daha da ruhlandırır. Bu baxımdan bu mükafata çox böyük dəyər verirəm. Özümdən başqa bu mükafata Georgi Adamiyanı layiq görərdim”.

”Qəbələ” ilə kubok oyunu ağır keçdi. Bu oyuna çox ciddi hazırlaşmışdıq. “Qəbələ”nin çox güclü hücum xətti var. Quzanlıda keçiriləcək oyunda çalışacağıq mərhələ adlayan komanda biz olaq. Çempionluq haqqında düşünmək hələ tezdi. Hazırda növbəti oyuna köklənmişik. Yenə rəqibimiz “Qəbələ”dir. Çempionatın başa çatmasına 2-3 tur qalmış çempionluq haqqında düşünmək olar. Klublarımızda çox güclü müdafiəçilər var. Konkret ad bildirməsəm də, onu deyə bilərəm ki, hər bir müdafiəçiyə qarşı oynamaq çətindi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail