Mahir Emreli oynadı, komandası darmadağın etdi

06.03.2022 | 3101 dəfə oxunub

Xorvatiya çempionatında 26-ci turun oyunları davam edir. Stadium.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su doğma meydanda “Şibenik”i sınağa çəkib və 3:0 hesabı ilə qalib gəlib.

Millimizin üzvü sözügedən görüş üçün start heyətdə yer alıb.  Onun ilk hissədə vurduğu zərbə dirəyə dəyib. Mahir 59-cu dəqiqədə Komnen Andriçlə əvəzlənib.

“Dinamo”ya bir müddət öncə keçən Emreli indiyə kimi Xorvatiya çempionatında debüt etməmişdi. Əvəzində o, Avropa Liqası çərçivəsində keçiriln İspaniya “Sevilya”sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.

“Dinamo” bu qələbə sayəsində 53 xalla 10 iştirakçı arasında 1-ci pilləyə yüksəlib.

"Dinamo" (Zaqreb) - "Şibenik" - 3:0

Qollar: Boçkaj 18, Petkoviç 58, Baturina 76



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail