"Şerif"in baş məşqçisi Rusiyaya qarşı döyüşməsinbdən danışdı

05.03.2022 | 4961 dəfə oxunub

Ukraynada vətəni uğrunda silaha sarılanlardan biri də Moldovanın “Şerif” klubunun baş məşqçisi Yuri Vernidubdur. Stadium.Az xəbər verir ki, onun rəhbərliyi ilə Tiraspol təmsilçisi bu mövsüm Çempionlar Liqasının qrupunda uğurlu oyunu ilə diqqət çəkib, “Real”ı belə məğlub edib.

Qrup üçüncüsü kimi Avroliqanın pley-off mərhələsinə adlayıb. Rusiyanın Ukraynaya hücumundan sonra isə 56 yaşlı mütəxəssis işini ataraq ölkəsinə qayıdıb.0

Vernidub "BBC"yə müsahibəsində verdiyi bu qərar barədə belə danışıb:

“Ötən həftənin dördüncü günü səhər saat 4:30-da oğlum mənə zəng edərək dedi ki, Rusiya bizə hücum edib. Artıq mən bilirdim ki, Ukraynaya qayıdaraq döyüşəcəyəm. Beşinci günü mən komanda ilə Tiraspoldan Prindestrovyaya getdim. Altıncı günü səhər isə Ukraynaya yollandım. Tiraspoldan Ukraynadakı evimə çatmaq üçün 11 saat vaxt qət etdim. Yalan danışmayacağam. Yolda gördüm ki, xeyli güclü kişi ölkəni tərk edir. Əgər onlar qayıtsa, mən şad olaram. O zaman mən başa düşdüm ki, onlar kimi hərəkət edə bilmərəm. Özlüyümdə dedim ki, evə çatan kimi könüllü şəkildə orduya yazılacağam”.

Məşqçi bildirib ki, yaxınları onu qərarından döndərməyə çalışıb: “Həyat yoldaşım, uşaqlarım,  nəvələrim... Amma mən fikrimdən daşınmadım və dəstəyi üçün xanımıma təşəkkür edirəm. O, mənim xarakterimə bələddir. Kiçik oğlum səhhətinə görə orduda xidmət edə bilmir. Böyük oğlumu məcbur etmişəm ki, evdə qalsın. Onun iki uşağı var. Əgər lazım olsa, o da gələcək, buna şübhə etmirəm. Mən həyat yoldaşımla burada qalacağam. Hazırda münaqişə zonasından çox da uzaqda deyiləm. Əsas döyüşlər bizdən 120 kilometr uzaqda gedir. Amma mən seçimimi etmişəm və qorxmuram. Gəncliyimdə orduda xidmət etmişəm. 2 aylıq bu xidmət zamanı biz idmançıları nəzəriyyəni və silahla davranmağı öyrədirdilər. Amma bu, çoxdan olub. Deməzdim ki, silah işlətməklə bağlı problemim var. Mən ondan istifadə qaydasını bilirəm”. 

Vernidub hazırda ordudakı rolu barədə danışmayıb:  “Hazırda biz verilən tapşırıqları icra edirik. Hər an bizə əmr olunan yerə getməyə hazırıq. Burda yaxşı, mehriban, bir-birini dəstəkləyən komandamız var. Mənimlə şəkil çəkdirirlər”.

Putini və onun ətrafını anlaya bilmirəm. Mən həmçinin ona qarşı etiraz etməyən rusiyalıları da başa düşmürəm. Fikrimcə, rusiyalıların çoxu nə baş verdiyini anlamır. Rusiyada hər şeyi olduğundan fərqli formada göstərirlər. Onlar deyir ki, bizi qovurlar. Kimi haradan qovursuz? Bizi faşist, nasist adlandırırlar. Mən onların etdiyini sözlə ifadə edə bilmirəm. Dinc sakinlərin evlərini bombalasalar da, iddia edirlər ki, hərbi infrastruktra zərbə endirirlər. Onlar yalan danışırlar. Mənim şübhəm yoxdur ki, Ukrayna bu müharibəni udacaq. Mən gördüm ki, bu faciə bizi bir millət olaraq birləşdirdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail