"Barselona"nın baş məşqçisi Xavi Dortmund "Borussiya"sında çıxış edən Erlinq Hallandla görüşüb. Stadium.Az xəbər verir ki, Münhen şəhərindəki görüşdə 22 yaşlı hücumçunun Kataloniya təmsilçisinə mümkün keçidi müzakirə olunub.
Toplantıda klubun idman məsləhətçisi Yordi Kroyf da iştirak edib. Norveçli forvard zədəsini sağaltmaq üçün hazırda Münhendədir.
"Barselona"nın prezidenti Joan Laporta da Hallandı komandada görmək istəyir və bu məqsədlə hücumçunun agenti Mino Rayola ilə bir neçə görüş keçirib.
"Real" və "Mançester Siti" klubları da Erlinq Holandın transferində maraqlıdır.