"Bavariya"nın futbolçusu Robert Levandovski daha bir klubun maraq dairəsinə düşüb. Stadium.Az xəbər verir ki, "Arsenal" hücumçunun xidmətində maraqlıdır.
"Bavariya" Robertlə müqaviləni uzatmaq barədə danışıqlar aparmır. Anlaşması 2023-cü ilin yayında başa çatacaq hücumçu şərtlərə yenidən baxılmasını istəyir. Levandovski təklifləri müzakirə etməyə hazır olduğunu da açıqlayıb. "Arsenal" isə bu durumdan yararlanmaq fikrindədir.
Polşalı "Mançester Siti" və "Atletiko"nun da maraq dairəsindədir.