"Qəbələ"nin futbolçusu İordaniya millisində

24.01.2022 | 7873 dəfə oxunub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışlarını davam etdirən “Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.

Stadium.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi millinin toplanışına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb. İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular, o cümlədən Omar komandaya sonradan qoşulub.

Asiya kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Abu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu matçdan sonra geri qayıdacaq Omar ayın 29-da “Qəbələ”nin düşərgəsinə qatılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail