III Avropa Oyunları 100 milyon dollara başa gələcək

17.01.2022 | 7342 dəfə oxunub

2023-cü ildə Polşanın Krakov şəhəri və Malopolye regionunda keçiriləcək III Avropa Oyunları 400 milyon zlotıya (100 milyon 631 min dollar) başa gələcək.

Stadium.Az xəbər verir ki, bu barədə Krakov meri Yatsek Mayxrovski açıqlama verib.

O bildirib ki, məbləğin hərəyə 100 milyon zlotısını əyalət administrasiyası və Krakov meriyası, 200 milyon zlotısını isə Polşa hökuməti ödəyəcək.

Bəzi ekspertlər və deputatlar tədbirin təşkilindən əl çəkmələri üçün şəhər rəhbərliyinə müraciət ediblər. Hətta bu məsələ ilə bağlı rəsmi təklif də çərşənbə günü səsverməyə çıxarılıb.

Krakov müşavirləri Avropa Oyunlarının təşkilatçılığından imtina edən qətnamə layihəsini rədd edibər.

2021-ci ilin sonunda prezident Andjey Duda Oyunların Krakovda keçirilməsinə icazə verən qanunu imzalayıb. O bildirib ki, Polşaya tanınmış idmançılar gələcək və Oyunlar sayəsində bir çox idman obyekti və kommunikasiya obyektləri müasirləşdiriləcək.

III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub. I Avropa Oyunları 2015-ci ildə Bakıda, II yarış isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail