İngiltərə Premyer Liqası dayanmayacaq

21.12.2021 | 7861 dəfə oxunub

İngiltərə Premyer Liqasının dayandırılmağı planlaşdırılmır. Stadium.Az məhşur jurnalist Rob Harrisin sözlərinə və BBC-ə istinadən bildirir ki, Premyer Liqa komandalarında Covid-19 testlərinin əksəriyyətinin müsbət nəticələnməsinə baxmayaraq, hətta bir tur üçün belə dayandırılması nəzərdə tutulmayıb.

Ötən gün Premyer Liqa təmsilçiləri iclas keçirdib. İclasda klublar cari vəziyyəti müzakirə etsə də, səsvermə keçirməyiblər. 20-ci turun təxirə salınma qərarı verilməsi gözlənilsə də, liqa rəhbərliyi, klublara 13 sağlam oyunçu və bir qapıçı ilə matçları keçirməyi tövsiyə edib. Belə ki, hazırda 20-ci turun təxirə salınması müzakirə olunmur. 19-cu turun oyunları da təqvim əsasında keçirilməyi nəzərdə tutulur.

Eyni zamanda, klublar və futbol qurumları İngiltərə Kubokunun 3-cü və 4-cü turlarının təkrar oyunlarının ləğv edilməsini və Liqa Kubokunun yarımfinal mərhələsinin vahid oyun formatında keçirilməsini müzakirə edirlər.

Şənbə günü Premyer Liqanın 6 oyunundan 5-i bəzi komandalarda koronavirus səbəbindən təxirə salınmışdı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail