Levandovski: "Onlar olmasaydı, bu mükafatı ala bilməzdim"

01.12.2021 | 5191 dəfə oxunub

"Bavariya"nın və Polşa millisinin hücumçusu Robert Levandovski "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı hücumçusu adını qazanmasından danışıb.

Stadium.Az xəbər verir ki, o, Parisdə keçirilən tədbirdə Fransa nəşri tərəfindən ilk dəfə təqdim edilən, il ərzində klub və yığma formasıyla vurulan qolların sayına görə verilən mükafata qovuşandan sonra fikirlərini bölüşüb:

"Həmişə qol vurmaq istəyirəm. Çünki futbolda rəqib qapısına yol tapmaq qazanılan uğurlu nəticələrin açarıdır. Komanda yoldaşlarıma təşəkkür etməyə borcluyam. Onlar olmasaydı, bu mükafatı ala bilməzdim. Komandada ümumi harmoniya qaydasındadırsa, hücumçunun qol vurması da asanlaşır. Dəstəyə görə öz ailəmə də minnətdaram".

Ötən mövsüm Budesliqada 29 oyuna 41 qol vuraraq "Qızıl buts" mükafatını qazanan Levandovski bu il "Bavariya" və Polşa millisində ümumilikdə 64 dəfə rəqiblərini cəzalandırmağı bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail