Beynəlxalq Cüdo Federasiyasının prezidenti doğum gününü Bakıda qeyd edib - FOTO

08.11.2021 | 4813 dəfə oxunub

Böyük Dəbilqə üçün Azərbaycanda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer doğum gününü Bakıda qeyd edib.

Stadium.Az xəbər verir ki, paytaxtın məşhur hotellərindən birində təşkil olunmuş tədbirə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, federasiyanın sabiq rəhbərləri Rövnəq Abdullayev və Füzuli Ələkbərov, müdafiə sənayesi naziri Mədət Quliyev, cüdoçular və idman ictimaiyyətinin digər tanınmış nümayəndələri qatılıb.

Tədbirin aparıcısı məşhur müğənni Al Bano olub. Mərasimdən fotoları cüdoçu karyerasını yenicə başa vuran Nicat Şıxəlizadə sosial şəbəkədə paylaşıb.

Böyük Dəbilqə 5 - 7 noyabrda gerçəkləşib. Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Əslən Rumıniyadan olan Marius Vizerin 63 yaşı ötən gün tamamlanıb. O, IJF-yə 2007-ci ildən rəhbərlik edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail