Messi: "Barselona"da az məvacibə də oynamağa razı idim"

02.11.2021 | 4366 dəfə oxunub

PSJ-nin futbolçusu Lionel Messi yayda “Barselona”dan ayrılıb Paris klubuna keçməsi barədə danışıb. Stadium.Az xəbər verir ki, 34 yaşlı hücumçu Fransa mətbuatına açıqlamasında Kataloniya klubunda qalmaq istəsə də, şərtlərin bunu mümkünsüz etdiyini söyləyib. Argentinalı eyni zamanda “Barsa”nın prezidenti Joan Laportadan incikliyini də gizlətməyib:

“Barselona”dan gedəndə də demişdim ki, komandada qalmaq üçün mümkün olan hər şeyi etdim. Orada heç kim məndən pulsuz oynamağı istəmədi. Maaşımı 50 faiz azaltmağımı istədilər, razı oldum. Hətta ondan da az məvacibə qalmağa razı idim. Mənim də, ailəmin də arzusu Barselonada qalmaq idi. Buna görə də Laportanın sözləri məni incidir. Mənə qarşı düzgün hərəkət etmədilər, buna görə də, belə açıqlamalar verməməlidirlər. Bu, insanlarda barəmdə başqa şeylər düşünməyə və şübhələnməyə səbəb olur. Buna layiq deyiləm”.

Lionel Messi karyerasını bitirdikdən sonra “Barselona”ya idman direktoru kimi qayıtmaq arzusunda olduğunu bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail