Azərbaycan – Fələstin oyununun nəticəsinin ləğv olunma “reklamı” Elxan Məmmədovu 20 min manat ziyana salıb

14.03.2012 | 5889 dəfə oxunub

Azərbaycan millisinin Dubayda təşkil olunan sonuncu təlim-məşq toplanışı barədə şok xəbər əldə etmişik. Stadium.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, millimizin Fələstinə 2:0 hesabı ilə uduzduğu oyunun nəticəsinin FİFA-nın siyahısından çıxarılmasına AFFA-nın baş katibi Elxan Məmmədov nail olub.

Məlumatda bildirilir ki, böyük pulların xərcləndiyi Dubay yoplanışında millimizin Fələstinə uduzması gözlənilmədiyindən, 2:0 hesablı məğlubiyyət AFFA rəhbərliyində şok yaradıb. Elxan Məmmədovla Berti Foqts Fələstin məğlubiyyətinə görə federasiya prezidenti Rövnəq Abdullayevin qəzəbinə tuş gəldiyindən, onlar bir yerdə çalışaraq vəziyyətdən çıxa biliblər. Baş katiblə münasibətləri yaxşı olan FİFA rəsmilərinin Azərbaycan – Fələstin oyununun nəticəsini ləğv etməsində Foqtsun ali futbol qrumundakı dostlarının da köməyi olub. Bununla da oyunun nəticəsi ləğv olunub və baş katiblə baş məşqçi bu yolla Rövnəq Abdullayevin qəzəbindən qaça biliblər. Təni sonda məğlubiyyətin günahkarı baş hakim olaraq qalıb.

Məsələnin digər tərəfi isə bu olayın – Azərbaycan - Fələstin oyununun nəticəsinin ləğv olunması barədə xəbərin ölkə mətbuatında böyük təbliğat olaraq aparılması oldu. Məsələ ondadır ki, Elxan Məmmədov bu xəbərin kütləvi olaraq sayt, qəzet və telekanallarda yayılması üçün 20 min manat pul xərcləyib. Məsələnin ilginc tərəfi fə elə budur.

Yəni Məmmədov vəzifəsində qalması üçün hər yola əl atıb.

Məhz bundan sonra bir neçə gün əvvəl baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında Məmmədovun müqaviləsinin uzadılması barədə AFFA rəhbərliyi tərəfindən qərar qəbul olunmuşdu.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail