"Qəbələ" darmadağın olub gəzintiyə çıxdı

13.03.2012 | 4687 dəfə oxunub

Xəbər verdiyimiz kimi, "Qəbələ"nin 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandası (U-15) təlim-məşq məqsədilə Ukraynanın Donetsk şəhərinə yollanıb. Stadium.az xəbər verir ki, martın 9-dan 16-dək baş tutacaq səfər “Qəbələ” ilə Ukraynanın “Şaxtyor” klubu arasındakı əməkdaşlıq çərçivəsində atılan növbəti addımdır. 

Artıq 3 günü arxada qalan toplamışın ilk gününü paraktiki və nəzəri məşqlərlə tamamlayan  “Qəbələ” növbəti gün “Şaxtyor” U-15 komandası ilə qarşılaşıb. İlk hissəsi 0:0 hesabilə yekunlaşan matçın ikinci yarısında təmsilçimiz qapısında 5 cavabsız top görüb. “Qəbələ” meydançaya aşağıdakı heyətlə çıxıb:

Yusif Şirinov, Orxan Mehrəlizadə, Bəhlul Mustafayev, Mirəli Məmmədzadə (Ayhan Əsədov), Məhəmməd Hüseynov (Həsənağa İsmayılov), Emin Zamanov (Tural Məmmədrzayev), Əli Səmədov (Fərid Əsədli), Roman Hüseynov, Coşqun Süleymanov (Sahil Mirzəyev), Yusif Nəbiyev (Ülvi İskəndərov), Vügar Əlibabayev.

Matçdan sonra futbolçularımız “Donbass Arena”nı gəzib. Avropanın ən gözəl stadionlarından sayılan “Donbass Arena” ilə yaxın tanışlıqdan sonra oyunçular “Şaxtyor”un muzeyində və fanshopunda olublar. 
Üçüncü gün isə “Şaxtyor”un məşqçiləri - vaxtilə “Simurq”da top qovmuş Mixail Starostyak və Oleq Oleq Pestryakov futbolçularımıza məşq keçiblər. Məşqin ardından “Şaxtyor” Futbol Akademiyasının direktoru Patrik fon Liuven və ukraynalı məşqçilərlə fikir mübadiləsi aparılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail