Ölkə kubokunun finalında 4-cü məkan

12.03.2012 | 4136 dəfə oxunub

“Dalğa Arena” Azərbaycan kubokunun final oyununun keçiriləcəyi 4-cü stadion olacaq. Stadium.az xəbər verir ki, bunadək qaliblər “Tofiq Bəhramov”, “Şəfa” və Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda müəyyənləşib. 

Təbii ki, ən çox mərkəzi arenamız buna ev sahibliyi edib. Yalnız istisna hallarda final matçları “Şəfa”da və Sumqayıtdakı arenada keçirilməli olub. Belə ki, 2001-ci ildə “Neftçi” ilə “Şəfa” kubokun qalibini “gənclik şəhəri”ndə müəyyənləşdirdi. Bundan 6 il sonra isə “Qarabağ”la “Karvan” “Şəfa” stadionunda görüşdü. 

Maraqlıdır ki, AFFA-nın əvvəlki 2 prezidenti – Fuad Musayev (1992-2003) və mərhum Ramiz Mirzəyevin (2003-2007) vaxtında kubokun final oyunu ilə bağlı Respublika stadiondan kənara çıxmaq olub. Bu, 2008-ci ilin martın 14-dən AFFA-nın prezidenti olan, 3 gün öncə vəzifəsinə yenidən seçilən Rövnəq Abdullayevin vaxtında ilk dəfə olacaq. Əslində ötən ildən istifadəyə verilən “Dalğa Arena” AFFA-nın Futbol Mərkəzinin nəzdindədir və ən əsası, Respublika stadionunda təmir işləri getdiyindən, yığmalarımız ev oyunlarını da orada keçirir. Bu mənada kubokun final matçının da “Dalğa Arena”ya salınmağı gözlənilən idi. 

Azərbaycan kubokunun final oyunları

Tarixqalibfinalçıhesab
30.08.1992“İnşaatçı” (Bakı)“Kür” (Mingəçevir)2:1 (əlavə vaxtda)
28.05.1993“Qarabağ” (Ağdam)“İnşaatçı” (Sabirabad)1:0 (əlavə vaxtda)
08.06.1994“Kəpəz” (Gəncə)“Xəzər” (Lənkəran)2:0
28.05.1995“Neftçi” (Bakı)“Kür” (Mingəçevir)1:0
15.05.1996“Neftçi” (Bakı)“Qarabağ” (Ağdam)3:0
28.05.1997“Kəpəz” (Gəncə)“Xəzri” (Bakı)1:0
28.05.1998“Kəpəz” (Gəncə)“Qarabağ” (Ağdam)2:0
28.05.1999“Neftçi” (Bakı)“Şəmkir”0:0 (pen 5:3)
28.05.2000“Kəpəz” (Gəncə)“Qarabağ” (Ağdam)2:1
25.05.2001“Şəfa” (Bakı)“Neftçi” (Bakı)2:1
09.05.2004“Neftçi” (Bakı)“Şəmkir”1:0 (əlavə vaxtda)
28.05.2005“Bakı”“İnter” (Bakı)2:1 (əlavə vaxtda)
03.06.2006“Qarabağ” (Ağdam)“Karvan” (Yevlax)2:1
28.05.2007“Xəzər-Lənkəran”“MKT-Araz” (İmişli)1:0
24.05.2008“Xəzər-Lənkəran”“İnter” (Bakı)2:0 (əlavə vaxtda)
23.05.2009"Qarabağ" (Ağdam)"İnter" (Bakı)1:0
 22.05.2010 “Bakı” “Xəzər-Lənkəran”2:1
24.05.2011“Xəzər Lənkəran”“İnter”4:2


Qeyd edək ki, cari mövsümdə kubokun final oyunu mayın 17-də keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail