Messi "Barselona"dan ayrılacağını belə öyrənib

12.08.2021 | 4772 dəfə oxunub

"Atam (Xorxe Messi - atası və meneceri - red.) evə qayıtdı. Bütün axşam boyu Joan Laportanın ("Barselona"nın prezidenti - red) yanında idi. Geri döndükdən sonra mənə danışıqların məyusedici nəticələrini danışdı. O anda çox depressiyaya düşdüyümü hiss etdim. Sonra həyat yoldaşım Antonellaya bu barədə danışdım. Ağladıq. Ancaq uşaqlara da vəziyyəti izah etməli idik".

Stadium.Az xəbər verir ki, bu sözləri PSJ-nin yeni transferi Lionel Messi BBC-yə açıqlamasında deyib. 34 yaşlı hücumçu "Barselona" ilə sözləşməsini uzatmaq üçün danışıqların uğursuz başa çatması barədə danışıb:

"Təbii ki, bir-birimizi ruhlandırdıq. Doğru yolu tapmaq məcburiyyətində idik. Çünki dekabr ayında uşaqlara Barselonada qalacağımızı söyləmişdik. Xüsusilə Tiaqo üçün nə qədər çətin olacağını bilirdik. Bəzən müxtəlif şeylər haqqında çox düşünürük. Amma uşaqlar bəzi şeyləri çox tez mənimsəyir. Tiaqo mənimlə eyni xarakterdədir. Amma hazırda hər şeyi onun xoşuna gəlir. Vəziyyətə uyğunlaşır və bu onun üçün yaxşı bir təcrübə olacaq. Bütün ailə xoşbəxt olacaq, bu klubda əylənəcəyik".

Messinin "Barselona" ilə sözləşməsi iyunun 30-u başa çatıb. Argentinalı oyunçu 2 gün əvvəl PSJ ilə 2+1 illik müqavilə imzalayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail