Ərəblər türkiyəli hakimi və ailəsini ölümlə hədələyir

10.08.2021 | 4292 dəfə oxunub

Tokio-2020 Yay Olimpiya Oyunlarının karate yarışlarında Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamedi və iranlı Sayad Gənczadə arasındakı final görüşünü idarə edən türkiyəli hakim Uğur Kobaş xoşagəlməz hadisə ilə üzləşib.

Stadium.Az xəbər verir ki, rəqibin zərbəsindən sonra zədələnən Hamedinin döyüşü davam etdirməsinə icazə verməyən Kobaş sosial şəbəkələrdə ərəb azarkeşlər tərəfindən təhdid olunmağa başlayıb.

Onun sözlərinə görə, özü ilə yanaşı, ailəsi də ölümlə hədələnir: "Karateçi zədələndikdən sonra həkimlər onu müayinə etdilər və ortaq qərarla görüşü dayandırdıq. Fanatlar qərarın mənim istəyimlə verildiyini düşünürlər. Məcburiyyətdən sosial şəbəkə hesablarımı bağladım. Bundan sonra isə həyat yoldaşımı və övladlarımı təhdid etməyə başladılar. Bu, doğru deyil və idman prinsipləri ilə uzlaşmır. Çünki biz öz işimizi gördük. İdmançının və ölkənin məyusluğunu başa düşürük. Amma hadisəni fərqli istiqamətə yönəltmək doğru deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail