De Byazzi: "Qol vurmaq bizim üçün bir az çətindir"

09.08.2021 | 5342 dəfə oxunub

"Nəhayət, milli komandanın üzvləri ölkə xaricinə çıxmağa başlayırlar. Onlardan ikisi - Mahir Emreli və Anton Krivotsyuk Polşa çempionatında çıxış edir".

Stadium.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi TMW radiosuna müsahibəsində yığma üzvlərinin legioner həyatı yaşaması barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, gələn həftə Polşada "Legiya" formasını geyinən Emreli ilə Plotsk "Visla"sında çıxış edən Krivotsyukun oyunlarını izləyəcək: "Bu, həm onlar, həm də mənim üçün yaxşı təcrübə olacaq".

Millidəki işini dəyərləndirən De Byazi komandanın daha sürətli və qərarlı oynadığını söyləyib: "Sadəcə, qol vurmaq bizim üçün bir az çətindir. Bu da sırf keyfiyyətlə bağlı olan məsələdir. Oyunçuların beynəlxalq təcrübəsinin olması çox vacibdir. Bu mənada, "Atalanta" bizim üçün yaxşı variant ola bilərdi. Lakin fərziyyələr üzərində işləmək hər zaman çətindir. Təzyiqin az olması daha çox kömək edir".

65 yaşlı baş məşqçi Azərbaycan klublarının avrokuboklardakı çıxışına da toxunub: "Qarabağ" Avropada ən uğurlu çıxış edən komandalardan biridir. Özünüzü beynəlxalq kontekstdə qiymətləndirmək çox vacibdir".

Təcrübəli mütəxəssis azarkeşlərin stadiona qayıdışı ilə oyun planında inkişafın olacağına inandığını vurğulayıb: "Pafos tamamilə fərqlidir, hər kəs üçün keyfiyyət və emosiyalarda mütləq inkişaf olacaq".

Argentinalı futbolçu Lionel Messinin "Barselona"dan ayrılmasına da münasibət bildirən De Byazi ulduz futbolçunun onun məsləhətinə ehtiyacı olmadığını deyib: "Messi həm ailəsi, həm də şəxsi maraqları üçün doğru saydığı seçimi edəcək. Çempionları, hər şeyi qazananları hərəkətə gətirən budur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail