Laporta: "Messini saxlamağımıza La Liqanın məhdudiyyətləri mane oldu"

06.08.2021 | 4822 dəfə oxunub

"Barselon"nın prezidenti Joan Laporta Lionel Messi ilə müqaviləni uzatmamaları ilə bağlı danışıb.

Stadium.Az xəbər verir ki, klub rəhbəri "Sport.es"ə açıqlamasında bildirib ki, tərəflər razılığa gəlsə də, La Liqa üçün tətbiq olunan maliyyə feyr-pley qaydaları bu müqavilənin bağlanmasına imkan verməyib:

"Messi qalmaq istəyirdi. Aylarla belə çətin şəraitdə danışıqlar aparan hər kəsə təşəkkür edirəm. Messinin başqa təklifləri var idi. Ancaq əsas məsələ maliyyə feyr-pley qaydası oldu. La Liqada məhdudiyyətlər qoyan bu cür qayda var. Maaş büdcəsini aşa bilmərik".

Laporta "Messi ilə bağlı nəyinsə dəyişəcəyinə ümid varmı?" sualını isə belə cavablandırıb: "Yalan ümidlər vermək istəmirəm. Bizim də, onun da vaxt məhdudiyyətimiz vardı. Maliyyə feyr-pley qaydaları dəyişməsə, oyunçular gələcəklərinin qayğısına qalmalıdır".

Karyerası ərzində yalnız "Barselona"da çıxış edən (2003-2021) Messinin Kataloniya klubu ilə müqaviləsi iyunun 30-da başa çatmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail