Tokio-2020: Çempionlarımız mübarizəyə başlayır

06.08.2021 | 4113 dəfə oxunub

Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020-də mübarizəyə başlayacaq. Stadium.Az xəbər verir ki, onlardan 3-ü güləş, 1-i karate, digəri isə gimnastika yarışlarında qüvvəsini sınayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik Stalvira Orşuş (Rusiya), 97 kq çəkidəki Şərif Şərifov Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gələcək. Hacı Əliyev (65 kq.) isə seneqallı Adama Diatta ilə güləşəcək. Hər üç idmançımız mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

Karateçimiz Rafael Ağayev (75 kq.) B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.

Tokio-2020

6 avqust

Bədii gimnastika

Təsniifat mərhələsi: Zöhrə Ağamirova

05:42. topla çıxış

07:12. halqa ilə çıxış

10:12. lentlə çıxı.

11.42. gürzələrlə çıxış

06:30. Sərbəst güləş

65 kq

1/8 final. Hacı Əliyev - Adama Diatta (Seneqal)

97 kq

1/8 final. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)

06:30. Qadın güləşi

50 kq.

1/8 final. Mariya Stadnik - Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)

12:00. Karate

B qrupu

Rafael Ağayev - Noa Biç (Almaniya)

Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)

Rafael Ağayev - Nurkanat Ajiqanov (Qazaxıstan)

Rafael Ağayev - Luici Busa (İtaliya)

İndiyədək Azərbaycanın 44 idmançısından 33-ü çıxışını bitirib, onlardan 3-ü bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail