Ölkə başçısı Respublika stadionunda oldu

09.03.2012 | 4060 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Stadium.az Azərtac-a istinadən xəbər verir ki, Tofiq Bəhrəmov adına Stadionda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verilib, bildirilib ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Koreya Respublikasının “Samhoa” şirkəti həyata keçirir. 29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatacaqdır. Burada “ailə otağı” adlanan 16 xüsusi otaq inşa olunacaq.


Təzə inşa olunan tribunanın alt hissəsində 4 komanda üçün eyni vaxtda soyunub-geyinmə otağı tikilir. Tribunada mətbuat üçün kompüterlərlə təchiz ediləcək 500 nəfərlik xüsusi yer ayrılacaq. Burada, eyni zamanda, 500 nəfər üçün VİP yerlər təşkil olunacaq və VİP restoran fəaliyyət göstərəcək.


Stadiondakı oturacaqların tamamilə yenidən qurulacağı qeyd olunub. Bunun üçün bütün oturacaqların alt hissələrinin təzədən betonlandığı bildirilib. Stadionun su, kanalizasiya və işıqlandırma sistemləri tamamilə yenidən qurulacaq. FİFA-nın və UEFA-nın standartlarına uyğun olaraq stadionun hasarı boyu hər biri 250 nəfərlik yeni sanitariya qovşaqları inşa edilir. Stadionda əlavə olaraq üç yarımstansiyanın inşa ediləcəyi nəzərdə tutulur. Köhnə işıq dirəkləri söküləcək, yeni işıqlandırma sistemi oturacaqların üstündə xüsusi qurğulara birləşdiriləcək. Oturacaqların üst hissəsini saxlamaq üçün 12 metr dərinlikdə dirəklər svalyarla bərkidiləcək. Hər biri 200 tona qədər yükə davamlı olan bu dirəklər, 90 ton yük götürəcək.

Tikintidə əsasən Koreya və yerli inşaat materiallarında istifadə olunur. Yeni quraşdırılacaq konstruksiyanın üstü Almaniya istehsalı olan membran qatı ilə örtüləcək. Stadionun girişində turniketlər qurulacaq. Əlavə tikinti işlərindən sonra meydandakı qaçış zolaqları yenilənəcək, meydanın ot örtüyünün alt hissəsində drenajlar və isitmə sistemləri quraşdırılacaq, ot örtüyü təzələnəcək. Stadion əlavə kamera sistemləri ilə təchiz ediləcək. 

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail