Kərim Benzema Fransa millisinə çağrıla bilər

18.05.2021 | 5161 dəfə oxunub

İspaniyanın "Real" klubunun futbolçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilə bilər.

Stadium.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam 34 yaşlı hücumçunu komandaya dəvət etməyi nəzərdən keçirir.

Son qərar mayın 19-da Fransa Futbol Federasiyasının rəhbərləri ilə görüşündən sonra veriləcək. 2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail