Ramin Musayev: “Gələn mövsümdən PFL-ə pul ödəməyən telekanal çempionat oyunu verə bilməyəcək”

09.03.2012 | 4548 dəfə oxunub

Bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında yayım hüququnun klublardan alınaraq PFL-ə verilməsi barədə az əvvəl məlumat vermişdik. Stadium.az bu məsələylə bağlı PFL-in prezidenti Ramin Musayevlə danışıb.

Məsələ ondadır ki, adətən televiziyaların heç biri klubdan pul almadan oyunları efirə vermir. Telekanallar bir qayda olaraq klubdan pul aldıqdan sonra həmin komandanın oyununun canlı verilməsini öz üzrəinə götürür. Elə Musayevə də bununla bağlı sual verdik. Yəni klubların əvəzinə telekanallar pulu PFL ödəyəcək? Musayev isə suala belə cavab verdi: “Biz heç bir telekanala pul ödəməyəcəyik. Əksinə, bizə pul ödənilməsə heç bir oyun hansısa telekanal vasitəsiylə efirə verilə bilməyəcək. Yəni istənilən oyunun efirə verilməsi üçün Tvkanal ilk növbədə PFL-ə yayım hüququ ilə bağlı pul ödəməli olacaq. Hətta telekanallar qısa görüntülərə görə də, pul ödəməli olacaqlar”.

Belə olan halda, telekanalların pul ödəyərək heç bir marağı olmayan Premyer Liqa oyunlarını efirə canlı verməkdə maraqlı olmayacağı məlum məsələdir. Bu isə azarkeşləri oyunlara baxmaqdan məhmrum edir. Ramin müəllim buna da aydınlıq gətirdi: “Bilirsiz ki, bu qərar növbəti mövsümdən qüvvəyə minəcək. Buna görə də, biz bunu da nəzərə almışıq və yeni mövsümdən bütün oyunlar PFL-in rəsmi saytı vasitəsiylə canlı yayımlanacaq. Yəni azarkeşlər futbolsuz qalmayacaq. İstənilən azarkeş saytımıza daxil olaraq, istədiyi komandanın oyununa baxa biləcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail