AFFA Dean Bartonun cəzasını açıqladı

09.03.2012 | 4907 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub. 
7 mart 2012-ci il, 2011/2012 mövsümündə, XX Premyer Liqanın XIX turunun AZAL –  “Sumqayıt” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
7 mart 2012-ci il, 2011/2012 mövsümündə, XX Premyer Liqanın XIX turunun “Kəpəz” –  “Qəbələ” matçının 35-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Dean Barton hakimin qərarına emosional şəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
6 mart 2012-ci il, 2011/2012 mövsümündə, XX Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “İnter” – “Rəvan” matçının 90+2-ci dəqiqəsində “Rəvan” klubunun 14 №-li futbolçusu Yamin Ağakərimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
5 mart 2012-ci il, U-16 Liqasının “Qəbələ” – “Neftçi” matçı geyim dəstlərinin eyni olması səbəbindən baş tutmamışdır. Belə ki, “Qəbələ” futbol klubu meydan sahibi olduğu üçün ağ rəngli geyimdə oynayacağını bildirmişdir. Eyni zamananda “Neftçi” klubu da eyni rəngdə geyim forması ilə meydana çıxmış, lakin sonradan köynəklərini ağ-qara rəngə dəyişdirmişlər (hər iki klubun şort və getrləri ağ rəngdə olub). Lakin matçın hakimi baş vermiş hadisələrə baxmayaraq yekunda qətiyyətsizlik edərək oyunu keçirməmişdir. Bu səbəbdən U-16 Liqasının “Qəbələ” – “Neftçi” matçı yenidən oynanılsın.
Matçın hakimi barədə Hakimlər Komitəsi, oyunun hakim-inspektoru haqqında isə Hakim-İnspektorlar Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
6 mart 2012-ci il futzal üzrə Azərbaycan kubokunun “Standard” – “Yasamal” matçında hər iki klub iştirak etmədiyi üçün hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
6 mart 2012-ci il futzal üzrə Azərbaycan kubokunun “Baku Fans” – “Azekolab” matçında “Azekolab” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail