Quardiola: "İnanılmaz dərəcədə qürur duyuram"

05.05.2021 | 4983 dəfə oxunub

“Bu qələbə hamımız üçün, bütün klub üçündür. İnanılmaz dərəcədə qürur duyuram. İlk düşüncələrim bu gün meydana çıxmayan futbolçularla bağlı idi. Hamısı oynamağa layiq idi. Hamı bu qələbəyə töhfə verdi”.

Stadium.Az BBC-yə istinadən xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında PSJ-yə qalib gəldikləri cavab matçından (2:0) sonra deyib. 49 yaşlı mütəxəssis finala vəsiqə qazanmalarını belə şərh edib:

“Çempion olmaq və finala hazırlaşmaq üçün 2-3 həftə vaxta ehtiyacımız var. “Barselona” və “Bavariya”nı məğlub edən komandaya qarşı iki matçın cəmində 4:1 hesabı ilə qalib gəlmək bizim üçün çox şey deməkdir. PSJ hər il Liqa 1-in çempionu olur. Onlar sona qədər mübarizə apardılar. PSJ güclü komandadır, amma biz də bütün komanda ilə mübarizə apardıq və finala çıxdıq. İnsanlar finala çıxmağın asan olduğunu düşünürlər. Bu futbolçular daim yüksək səviyyədə işləyirlər. Bu turnirdə qalib gəlmək çox çətindir və bunların göydəki ulduzlar ilə mütləq bir əlaqəsi var”.

“Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” – “Real” cütünün qalibi olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail