"Yuventus"da hansı islahatlar olacaq?

01.05.2021 | 3700 dəfə oxunub

Qarşıdan gələn mövsümə kimi İtaliyanın "Yuventus" klubunda ciddi dəyişikliklər baş verə bilər – klub prezidentini və idman direktorunu dəyişməyə hazırlaşır.

Stadium.Az xəbər verir ki, Andrea Pirlonun "Yuventus"un baş məşqçisi vəzifəsindən tezliklə azad ediləcəyi ilə bağlı artan söz-söhbətlər fonunda, Masimiliano Alleqrinin son günlər Turində göründüyü deyilir. Onun qərargahına klubun keçmiş müdafiəçisi Andrea Bartsalyi qoşula bilər.

Bununla yanaşı, "Yuventus"un bu mövsüm göstərdiyi zəif oyunun qurbanı klubun hazırkı prezidenti, Super Liqanın əsas memarlarından olan Andrea Anyeli ola bilər. Qeyd edilir ki, onun yerini direktorlar şurasının üzvü Alesandro Nasi tutmağa hazırdır.

“Qoca sinyora”nın idman direktoru Fabio Paratiçi də işini itirmək təhlükəsi altındadır - onu Napoli-dən həmkarı Kristian Cuntoli və hazırda İnter-də çalışan Cuzeppe Marotta əvəzləyə bilərlər. Bu vəzifənin Alesandro Del Pyero və ya David Trezeqe tərəfindən tutulacağı istisna edilmir.

Miqyaslı dəyişikliklər Turin klubunun əsas oyunçularına da təsir edə bilər – Kriştiano Ronaldo və Paulo Dibalanın taleyi sual altında qalmaqdadır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail