UEFA İbrahimoviçlə bağlı araşdırmalara başlayır

27.04.2021 | 4462 dəfə oxunub

UEFA "Milan" və İsveç millisinin futbolçusu Zlatan İbrahimoviçin mərc oyunları biznesində iştirakını araşdıracaq.

Stadium.Az xəbər verir ki, artıq bunun üçün xüsusi müfəttiş təyin olunub.

40 yaşlı forvard 2018-ci ildən özünə məxsus "Unknown AB" şirkəti vasitəsilə "Bethard" bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib.

FIFA və UEFA-nın reqlamentinə görə, mərc oyunları ilə əlaqəsi olan futbolçular bu iki qurumun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. İbrahimoviç isə "Milan"la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub.

Təcrübəli oyunçunun günahı sübuta yeitirilsə, futbolla bağlı fəaliyyətinə 3 illik qadağa qoyulacaq.

"Bethard" mərc oyunları şirkəti Maltada qeydiyyatdan keçib. Bukmeyker kontoru 2019-cu ildə 30 milyon avro xalis mənfəət əldə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail