UEFA prezidenti Super Liqa klublarını hədələdi

25.04.2021 | 4497 dəfə oxunub

UEFA-nın prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Super Liqasını yaradan klublar barədə danışıb. Stadium.Az “Daily Mail”ə istinadən xəbər verir ki, rəhbər şəxs sözügedən klubların cəzalandırıla biləcəyini vurğulayıb:

“Tarixi pulunuzla almağa çalışmaq məntiqli bir fikir deyildi. Hər kəs etdiklərinin nəticəsini görəcək. Heç nə olmamış kimi davrana bilmərik. İstintaq haqqında danışma qistəmirəm. Amma ayrılmaq qərarını alanlar bunun məsuliyyətini daşımalıdırlar. Milyardlarınızla buradakı qayda-qanunu dəyişdirə bilməzsiniz.

Biz heç nə baş verməyibmiş kimi görüntü yaradan deyilik. Belə bir şey edib, sonradan "Məni gözləri götürmədikləri üçün cəzalandırdılar" demək olmaz. Onların bütün problemləri etdikləri hərəkətlərin nəticəsidir. Nə edəcəyimizə tezliklə qərar verəcəyik.

Avropa Superliqasını aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail