AVRO-2020: UEFA Münhenlə bağlı qərar verdi

23.04.2021 | 4388 dəfə oxunub

UEFA-nın Avropa çempionatının Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan oyunları ilə bağlı qərarı bəlli olub.

Stadium.Az xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İsveçrənin Nyon şəhərindəki iclasında bu şəhərdəki matçların keçiriləcəyini təsdiqləyib.

Münhen şəhərində F qrupunun oyunları ilə yanaşı, 1/4 final qarşılaşması da gerçəkləşməlidir. Daha əvvəl Bavariya vilayətinin rəhbərliyi qarşılaşmalar üçün azarkeşlərin mininal sayının artırılmasına razılıq verib. UEFA həmçinin İspaniyanın Sevilya şəhərinin Bilbaonun yerinə matçlara ev sahibliyi edəcəyi ilə bağlı qərar çıxarıb. İrlandiyanın paytaxtı Dublində keçirilməli olan qarşılaşmalar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail