Quardiola: "Rəhbərliyin xoşuna gəlməsə də, fikirlərimi söyləməkdən çəkinmərəm"

21.04.2021 | 4047 dəfə oxunub

“Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola Avropa Super Liqası turnirinə qarşı çıxıb. Stadium.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, klubunun da təmsil olunduğu liqaya dəstək verməyib.

“Mübarizə və uğur arasında bir bağlılıq olmayanda bu, idman olmur. Məğlubiyyət önəmli deyilsə, bu, idman deyil. Bir neçə dəfə mümkün olduğu qədər yaxşı bir yarış olmasını istəmişəm. Komandaların zirvədə qərarlaşıb seçmə mərhələlərə qatılmamasını ədalətli saymıram” – deyə o bildirib.

Quardiola qeyd edib ki, klubunu dəstəkləyir, “Mançester Siti”nin bir parçası olmasından məmnundur: “Amma mənim də fikrim var. Mən rəhbərliyin xoşuna gəlməsə də, fikirlərimi söyləməkdən çəkinmərəm. Avropa Super Liqasını təsis edən qurumun dünyanın dörd bir tərəfinə getməsini və onlara bu qərarı necə qəbul etdiklərini açıqlamalarını istərdim. Bu, dünya miqyaslı bu mövzudur. Onlar niyə bu komandaların Super Liqaya cəlb edilməsini və digərlərinin orada niyə olmadığını hər kəsə izah etməlidirlər. Məsələn, Çempionlar Liqasını 4-5 dəfə qazanan “Ayaks” niyə orada yoxdur? Çıxıb bunu izah etsinlər...”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail