La Liqa: "Bu addım futbolun cəlbediciliyinə böyük zərbə vuracaq"

20.04.2021 | 4240 dəfə oxunub

İspaniya La Liqası Avropa Super Liqasının yaradılması ilə bağlı sərt mövqe sərgiləyib. Stadium.Az xəbər verir ki, qurumun saytındakı bəyanat belədir:

"La Liqa Avropada futbolun inkişafını, ədalətli rəqabəti və idman uğurları prinsiplərini pozan Avropa Super Liqasının yaradılmasına qarşıdır. 12 Avropa klubunun təklif etdiyi bir konsepsiya Avropa futbolunun zirvəsinə gedən yolun qapısını bağlayaraq, elitanın yalnız kiçik bir hissəsinin ora qoşulmasına imkan yaradır və xəyalları pozur.

90 illik ləyaqət və nailiyyəti olan açıq turnir tariximizlə fəxr edirik. Dünyadakı milyonlarla azarkeş bu turniri izləyir.

Bu addım futbolun cəlbediciliyinə böyük zərbə vuracaq. La Liqanın, üzv klublarının bu günü və gələcəyi üçün dağıdıcı təsir göstərəcək. Həmçinin bu, La Liqanın cari mövsüm İspaniya höküməti və Futbol Federasiyası ilə razılaşaraq yatırdığı 126 milyon avroluq planlar üçün də təhdiddir”.

İspaniya klublarından "Real", "Barselona" və "Atletiko" Avropa Super Liqasına qatıldıqlarını rəsmən açıqlayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail