Ramzan Kadırovun oğlu uduzsa da, qalib elan olundu VİDEO

19.04.2021 | 4410 dəfə oxunub

Çeçenistan lideri Ramzan Kadırovun 13 yaşlı oğlu Adam boks turnirində rəqibinin zərbələri ilə üzləşən kimi qalib elan olunub.

Stadium.Az “Azadlıq” radiosunun saytına istinadən xəbər verir ki, qarşılaşmadan bir fraqment “VKontakte” sosial şəbəkəsində yayılıb. Çeçenistan liderinin oğlunun rəqibi, Kabardin-Balkariyadan gənc boksçu Aslan Bittirov Adam Kadırovun hücumuna hücumla cavab verir, bir neçə dəfə başından zərbə endirir. Bu an hakim qəfildən döyüşü dayandırır və ayaq üstə düz dayanan Battirova birdən səkkizə kimi saymağa başlayır. Sonra boksçunun sekundantı rinqə dəsmal ataraq onun məğlubiyyətini tanıyır. Battirov özü isə təəccüblə əllərini yana açır.

“Maç! Döyüşçü” (Матч! Боец) telekanalının şərhçisi belə referinin qərarından və elan olunan nəticədən təəccübləndiyini bildirir. “Düzünü desək, yetərincə aydın deyil” – şərhçi efirdə deyib.

Boks üzrə beynəlxalq turnir aprelin əvvəlində Qroznıda keçirilib, izləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub. Yarışdan sonra “Qrozni-inform” portalı yazıb ki, Adam Kadırov rəqibinə “heç bir şans verməyib”.

Turnir Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail