UEFA 12 nəhəng klubu hədələdi

19.04.2021 | 4313 dəfə oxunub

UEFA 12 nəhəng klubun Avropa Superliqasına qatılacaqlarını rəsmi elan edəcəkləri ilə bağlı məlumatlar haqda açıqlama yayıb.

Stadium.Az xəbər verir ki, qurumun rəsmi saytında yer alan açıqlamada yazılıb:

"Bir neçə İngilis, İspan və İtalyan klublarının qapalı qondarma Super Liqanın yaradılacağını elan etməyi planlaşdırdıqlarını öyrəndik. Bu baş verərsə, təkrarlamaq istəyirik ki, biz- bütün qitələrin futbol qurumları və üzv olan assosasiylalar bu qəribə layihənin qarşısını almaq üçün səylərimizi birləşdirəcəyik. Cəmiyyətin həmrəyliyə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bir neçə klubun şəxsi maraqlarına əsaslanan bir layihə təşkil edir. Bunun baş verməməsi üçün bütün səviyyələrdə - həm məhkəmə, həm də idmanda əlimizdən gələni edəcəyik. Ədalətli rəqabət və idman dəyərləri futbolun mərkəzindədir və başqa bir yol ola da bilməz. UEFA və digər altı federasiya tərəfindən əvvəlcədən bildirildiyi kimi, bu məsələ ilə əlaqədar klubların milli, Avropa və ya qlobal səviyyədə digər yarışlarda iştirakı qadağan ediləcək. Başqa ölkələrdəki klublara, xüsusilə də qatılmaqdan imtina edən Fransa və Almaniya klublarına təşəkkür edirik.

Bütün futbol azarkeşlərini və siyasətçiləri bu layihə ilə mübarizədə bizə qoşulmağa çağırırıq. Bir qrup insanın bu davamlı mənfəət güdməsi çox uzun sürdü. Hər şeyin bir həddi olmalıdır".

12 nəhəng klubun bir neçə saat ərzində sözügedən turnirə qatılmaq üçün rəsmi addım atacaqları məlum olub. Həmin klublar arasında "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail