"Mançester Siti" Aqueronun əvəzinə hücumçu almayacaq

03.04.2021 | 3260 dəfə oxunub

İngiltərənin "Mançester Siti" klubu maliyyə çətinlikləri səbəbindən yay transfer pəncərəsində yeni hücumçu almayacaq.

Stadium.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola Britaniya mətbuatına açıqlamasında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşən Serxio Aqueronun əvəzinə forvard transferi olmayacaq. Qvardiola pandemiya dövründə bunun mümkünsüz olduğunu söyləyib.

2011-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Serxio Aquero 384 oyunda vurduğu 257 qolla komandanın ən sərrast futbolçusudur. 33 yaşlı forvard "Mançester Siti"nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu, bir dəfə ölkə kubokunu qazanıb. O, həmçinin 3 dəfə İngiltərə Super Kubokuna sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail