Burak Yılmaz Ronaldunu üstələdi

25.03.2021 | 3612 dəfə oxunub

Türkiyə milli komandasının hücumçusu Burak Yılmaz Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldunu geridə qoyub.

Stadium.Az "Voetbal International" nəşrinə istinadən məlumatına görə, "ay-ulduzlular"ın kapitanı XXI əsrdə "narıncılar"ı bir rəsmi matçda 3 dəfə məyus edən yeganə futbolçu ünvanına yiyələnib. O, martın 24-də 4:2 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyununun 15-ci, 34-cü (penalti ilə) və 81-ci dəqiqələrində qol vuraraq, het-trik edib.

Bundan başqa Yılmaz 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin həm səfər (1:1), həm də ev oyununda (3:0) fərqlənib. Beləliklə, 36 yaşlı forvard Niderlandla qarşılaşmalarda ümumilikdə 5 qol müəllifi olub.

Ronaldu isə "narıncılar"ın qapısından AVRO-2004-də 1, AVRO-2012-də 2 top keçirib. Daha 1 qol isə 2013-cü ildə yoldaşlıq görüşünə təsadüf edib.

Portuqaliya yığması martın 24-də DÇ-2022-nin seçmə matçında Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəlib. Kriştianu Ronaldu sonadək meydanda olsa da, fərqlənə bilməyib. Yeganə qolu 36-cı dəqiqədə Maksim Medvedev vurub. Azərbaycan yığmasının kapitanı avtoqol müəllifi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail