Hafiz Məmmədov: "Bir daha “Neftçi”ni təbrik edirəm"

07.03.2012 | 7579 dəfə oxunub

Premyer Liqanın XIX turundan təxirə salınmış “Bakı” - “Neftçi” qarşılaşmasını stadionda izləyənlər arasında hər iki klubun prezidentləri də yer alırdı. Stadium.az “Bakı” klubunun rəsmi saytına istinadən xəbər verir ki, Hafiz Məmmədov və Sadıq Sadıqov oyunu sonadək maraqla izləyiblər.

Meydan sahiblərinin məğlub olmasına baxmayaraq, “Bakı”nın prezidenti Hafiz Məmmədov təmkinini itirmirdi. Qonaq komandanın rəhbərini qələbə münasibəti ilə təbrik edən Hafiz Məmmədov “Neftçi”nin 3 xalı layiqincə qazandığını söyləyib:

"Neftçi" Azərbaycan çempionu və cari çempionatın lideridir. Bu komandanın gücü məlumdur. “Neftçi” səviyyəli futoblçularıdan təşkil olunmuş və oturuşmuş komandadır. Bu amil onların uğur qazanmasının əsasıdır. Bizim komandaya gəldikdə isə, hələ heyətlə bağlı problemlərimiz var. Yeni futbolçularımız güclü oyunçular olsalar da, komandaya tamamilə uyğunlaşa bilməyiblər. Xətlərarası rabitə də nizamsız təsir bağışlayır və istənilən qaydada deyil. Məncə, “Neftçi” bu gün layiqli qələbə qazandı. “Neftçi” klubunun rəhbəri və bizim yaxın dostumuz Sadıq Sadıqov idman sahəsində öz sözünü demiş təcrübəli bir mütəxəssisdir. Təsadüfi deyil ki, “Neftçi” onun rəhbərliyi altında yüksəliş dövrünü yaşayır.

İki güclü rəqibin mübarizəsində ehtiraslar həmişə yüksək həddə olur. Bu idmandır. Mübarizə anında müxtəlif xoşagəlməz hallar yaşana bilər. İstisna deyil ki, müəyyən arzuolunmaz hərəkətlər yer alsın. Ancaq bu neqativ hallar iki klubun möhkəm təməllər üzərində qurulan dostluğuna və əməkdaşlığına xələl gətirə bilməz. Vaxtı ilə klublarımız arasında hansısa xırda anlaşılmazlıqlar yaşansa da, bütüb bunlar geridə qalıb. “Bakı” və “Neftçi” qardaş klublardır. Biz birlikdə Azərbaycan futbolunun inkişafı naminə çalışırıq.  Bir daha “Neftçi”ni təbrik edirəm, onlara gələcək oyunlarda uğurlar arzulayıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail