De Byazi: "Hər iki vəzifənin öhdəsindən gəldik"

25.03.2021 | 3861 dəfə oxunub

“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq".
 
Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis 0:1 hesabl məğlubiyyəti belə şərh edib: "Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik".

De Byazi seçmə mərhələdəki konkret hədəf haqqında indidən danışmağln çətin olduğunu bildirib: "Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin oyunda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail