Canni De Byazi: "Taktiki baxımdan maraqlı oyun olacaq"

23.03.2021 | 3649 dəfə oxunub

“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır".
 
Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində sabah Portuqaliya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqibin ad-sanına baxmayaraq, futbolçularımızın qoxmamalaı olduğunu bildirib: "Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdır. Rəqib isə daha təcrübəli komandadır. Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda  istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik.

Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”.

Martın 24-də "Yuventus"un stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtilə saat 23:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail