FIFA dünya çempionatının iki ildən bir təşkilini müzakirə edəcək

22.03.2021 | 3821 dəfə oxunub

FIFA prezidenti Canni İnfantino dünya çempionatlarını hər iki ildən bir keçirilməsi təklifinə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, belə bir təkliflə İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi, hazırda isə ali futbol qurumunda Futbolun inkişafı şöbəsinə rəhbərlik edən Arsen Venger çıxış edib. İnfantino bütün təklif və ideyalara açıq olmalarının gərəkliyini vurğulayıb: "Arsen Venger təkcə uğurlu və parlaq məşqçi deyil, həm də futbolun professorudur. Lakin bunun üçün xüsusi mütəxəssislərimiz də var. Başda bu məqam olmaqla, təqvimi müzakirə edəcək. Çünki qarşıdakı bir neçə ay ərzində qərar qəbul etməliyik ki, ilin sonuna və ya gələn il ərzində hər şeyi ətraflı planlaşdıra bilək".

Arsen Venger təklifini yığma komandalardakı futbolçuların orta yaş həddinin 27-28 olması ilə əlaqələndirib. Fransalı mütəxəssis dünya çempionatı 4 ildə bir dəfə keçiriləcəyi təqdirdə, həmin futbolçuların kubok qazanma şanslarını xeyli aşağı qiymətləndirib. Çünki onlar növbəti mundialda karyeralarını bitirmə həddində - 32-33 yaşlarında olurlar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail