"Bu qələbəni bütün Azərbaycana həsr edirəm"

22.03.2021 | 3407 dəfə oxunub

"Bu yarışa hazırlığımız Belarusda başladı. Minskdə 20 günlük təlim-məşq toplanışı keçdik. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Yarışa yaxşı hazırlaşdığımızı söyləyə bilərəm".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov federasiyanın rəsmi saytına açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura sevindiyini bildirib: "Sevinirəm ki, olimpiadaya lisenziya əldə edə bildim. Oyunlarda iştirak etmək və orada medal qazanmaq hər idmançının arzusudur. Bu, mənim üçün doğum günü hədiyyəsi oldu. Bu qələbəni ailəmə və bütün Azərbaycana həsr edirəm. Çünki bu lisenziyanı ölkəm adına qazanmışam. Mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm".

Hələlik yunan-Roma güləşi üzrə yeganə lisenziyanın sahibi olan Abbasov əsas hədəfinin Tokio olimpiadasında yaxşı çıxış etmək olduğunu söyləyib: "Əslində Olimpiya Oyunlarına daha çox vəsiqə qazana bilərdik. Uşaqlar lisenziyanın bir addımlığında dayandılar. Amma inanıram ki, mayda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində də lisenziyalarımız olacaq. Komanda yoldaşlarıma bu yolda uğurlar arzulayıram. Mənim bundan sonrakı hədəfim isə Olimpiadaya daha da yaxşı hazırlaşıb, Tokioda uğurlu çıxış etməkdir".

Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya əldə edib. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.

Sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail