Xayme Romero: "Azərbaycanın adət-ənənələrini yaxşı öyrənmişəm"

20.03.2021 | 4219 dəfə oxunub

"Azərbaycanda olduğum müddətdə bu ölkənin adət-ənənələrini yaxşı öyrənmişəm. Bilirəm ki, qarşıdan Novruz bayramı gəlir və fürsətdən istifadə edib bu münasibətlə bütün azərbaycanlıları, xüsusilə də komandamızın azarkeşlərini təbrik edirəm".

Stadium.Az xəbər verir ki, bunları "Qarabağ"ın futbolçusu Xayme Romero klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, çempionatda fasilə olsa da, komanda üzvləri məşqləri bərpa edib: "Bizim üçün fasilə bitib. Məşqlərimiz davam edir. Amma çətinlik çəkdiyimizi söyləməliyəm. Çətinlik deyəndə nəzərdə tutduğum əsas heyətin cəmi 7 futbolçusu ilə hazırlığı davam etdirməyimizdir".

31 yaşlı oyunçunun sözlərinə görə, artıq komandada əvvəlki gərginlik yoxdur: "Həftəsonları oyunların keçirilməyəcəyini nəzərə alsaq, əvvəlki gərginliyimiz yoxdur. Buna baxmayaraq, məşq proseslərindən maksimum yararlanmalıyıq. Çünki Premyer Liqada vacib oyunlar bizi gözləyir. Çempionatda bütün komandalar ciddi müqavimət göstərib, xal qazanmaq istəyirlər".

Romero qalan oyunların çox çətin keçəcəyini söyləyib: "Neftçi”nin də ciddi rəqabət apardığını nəzərə alsaq, çempionluğun taleyini müəyyənləşdirmək asan olmayacaq. Bütün oyunlar həlledicidir və bu matçlardan maksimum yararlanmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail