Hacı Əliyev finalda erməniylə güləşəcək

18.03.2021 | 3341 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb. Stadium.Az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyyənləşdiriblər.

İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzan Bazarqanov lisenziya qazanmaq şansını itirib.

Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib. Moldova güləşçisinə də qalib gələn Hacı finala yüksəlməklə Olimpiadaya lisenziya əldə edib. O, finalda ermənistanlı Vazgen Tevanyanla qarşılaşacaq.

Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lisenziyanın sahibinin müəyyənləşdiyi görüşə inamlı start verən təcrübəli güləşçimiz alman rəqibi üzərində 4:0 hesablı üstünlük qursa da, aldığı zədə üzündən məğlubiyyətdən qaça bilməyib.

Beləliklə, Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləşçilər Olimpiadaya 2 lisenziya qazanıb. Bununla da güləşin bu növündə lisenziyalarımızın sayı 3-ə çatıb. Xatırladaq ki, 2019-cu ildə keçirilən dünya çempionatında Şərif Şərifov gümüş medal qazanaraq 97 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etmişdi.

Qeyd edək ki, sərbəst güləş üzrə təsəlliverici görüşlər və final qarşılaşmaları martın 19-da keçiriləcək. Bakı vaxtı ilə 14:00-da təsəlliverici görüşlər, 19:00-da isə medallar uğrunda qarşılaşmalar start götürəcək. 


57 kq

1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya) 5:0
1/4 final: İslam Bazarqanov - Razvan Kovaçs (Rumıniya) 10:0
1/2 final: İslam Bazarqanov - Georgi Vangelov (Bolqarıstan) 1:9
Bürünc medal görüşü: İslam Bazarqanov - Petru Krakiun (Moldova)

65 kq

1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya) 13:2
1/4 final: Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə) 5:2
1/2 final: Hacı Əliyev - Maksim Sakultan (Moldova) 5:1
FİNAL: Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan)

74 kq

1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa) 13:6 (tuşe)

1/4 final: Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan) 5:4

1/2 final: Hacımurad Hacıyev - Maksim Vasiloqlo (Rumıniya) 7:0

Final: Hacımurad Hacıyev - Avtandil Kentçadze (Gürcüstan)

86 kq

1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) 10:5

1/4 final: Abubakr Abakarov - Osman Göçen (Türkiyə) 4:4*

Təsəlliverici görüş: Abubakr Abakarov - Hovannes Mxitaryan (Ermənistan)

125 kq

1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya) 3:1

1/2 final: Camaləddin Məhəmmədov - Gennadi Kudinoviç (Almaniya) 6:15

Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail