Laporta: "Leo, səni nə qədər sevdiyimi bilirsən"

18.03.2021 | 3644 dəfə oxunub

"Barselona"nın yeni prezidenti Joan Laporta komandanın kapitanı Lionel Messinin klubda qalmasını istəyir. Stadium.Az "goal.com"a istinadən xəbər verir ki, Laporta bu barədə açıqlamasında deyib:

"İlk prezidentliyim dövründə "Barselona" tarixinin ən yaxşı oyunçularına sahib idik. Ancaq bunun səbəbi yalnız sabitliyin olması idi. "Barselona"nın birliyi şəhərə sabitlik verir və mən buradakı hər kəsi düşünməyə dəvət edirəm. "Barselona" üçün nə edə bilərlər? Mən vacib qərarlar vermək üçün buradayam. Məsələn, Lionel Messini bizimlə qalmağa inandırmaq üçün. İndi onun burada olmasından istifadə edirəm.

O, klubda qalmağının mənim üçün nə qədər vacib olduğunu bilir. Leo, səni nə qədər sevdiyimi bilirsən. Səni burada saxlamaq üçün əlimizdən gələni edəcəyik. Bilirsən ki, gedə bilməzsən. Bunu təkbaşına edə bilmərik. Himnimizdə deyildiyi kimi, hamımız birlikdə güclüyük. Xüsusilə, bu ən çətin dövrlərdə. Bunu necə edəcəyimizi bilirik. Pandemiya bitəndə qazancımız geri dönəcək. Problemlər düzəldiləcək. Güclü rəhbərliyimiz olacaq, çünki məni həqiqi mütəxəssislər müşayiət edir. Məlumatlı qərarlar verəcəyik".

33 yaşlı hücumçunun Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır. Onu "Mançester Siti" və PSJ heyətinə qatmaq istəyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail