AVRO-2020: UEFA təşkilatçı şəhərlərə azarkeşlərlə bağlı tələb qoydu

18.03.2021 | 3553 dəfə oxunub

UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşlərlə keçiriləcəyini təsdiqləyib. Stadium.Az xəbər verir ki, 54 yaşlı funksioner bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.

O bildirib ki, yarışın təşkili ilə bağlı bir neçə ssenari mövcuddur: "İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma bu, mümkün deyilsə, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Yeganə təminatımız odur ki, AVRO-2020-nin istənilən matçı boş stadionda keçirilmə ehtimalı istisnadır. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir".

Sloveniyalı funksioner 12 şəhərdən hansınısa ev sahibliyindən məhrum etmə niyyətində olduğuna dair xəbərləri təkzib edib. O bildirib ki, şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdir. Yekun qərar isə aprelin 20-də veriləcək.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail