"Bavariya" Komanı "Galenvagen"ə görə cərimələdi

18.03.2021 | 3541 dəfə oxunub

"Bavariya"nın hücumçusu Kinqsli Koman klub tərəfindən cəzalandırılıb. Stadium.Az xəbər verir ki, buna fransız futbolçunun klubun məşq bazasına fərqli avtomobillə girmək istəməsi səbəb olub.

Belə ki, o, məşqə “Mercedes Galenvagen” markalı idman avtomobili ilə gəlib. Lakin futbolçu içəri buraxılmayıb. Nəticədə Koman avtomobilini bazanın yaxınlığındakı küçələrdən birində park etmək məcburiyyətində qalıb.

"Bavariya" əsas sponsorlarından biri dünyanın aparıcı avtomobil şirkətlərindən biri olan “Audi”dir. İstisna halları çıxmaq şərtilə Münhen təmsilçisinin bazasına yalnız “Audi”nin avtomobilləri ilə daxil olmaq mümkündür. Koman da klubun bu qaydasını pozduğu üçün cəzaya məruz qalıb. “Bild”in yazdığına görə, Koman 50 min avro cərimə olunub.

Kinqsli Koman bu mövsüm "Bavariya"da 28 oyuna çıxıb, 6 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail