Honda: "Karyeram ərzində çox səhv etmişəm"

16.03.2021 | 4081 dəfə oxunub

“Neftçi” ilə müqavilə imzalayan Kaysuke Honda paytaxt klubuna keçidi haqda danışıb.

Stadium.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi imzalanma mərasimindən sonra ilk olaraq bu cür təqdimata görə “Neftçi”yə təşəkkür edib: “Burada olduğum üçün çox xoşbəxtəm. Rəqiblərimiz olduqca güclüdür. Bilirəm ki, asan olmayacaq. "Neftçi" çempion olmaq istəyir, mən də ambisiyalıyam. Ona görə də bura gəldim".

Yaponiya millisinin sabiq üzvü “Neftçi”nin iki oyununu izlədiyini qeyd edib: “Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Qol vurmaq üçün hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq. Mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm. Mənə sual verdilər ki, niyə Yaponiyaya qayıtmırsan? Bildirdim ki, orada 3 il oynamışam, artıq mənə maraqlı deyil. Onlara söylədim ki, bu, mənim üçün yeni çağırışırdır. Düzdür, karyeram ərzində çox səhvlər etmişəm. Amma burada onları təkrarlamayacağam".

O bildirib ki, "Neftçi"ni seçməsi Avropada oynamaq istəyi ilə bağlıdır: “Neftçi”ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa variantlarım var idi, amma mən Avropada çıxış etmək istəyirdim. Avropadan da “Neftçi” mənimlə maraqlandı. Mənə bu barədə Yaponiyada da sual verdilər ki, niyə orada qalmadın? Yaponiyada oynamaq artıq mənim üçün maraqlı deyildi. Bu, mənim üçün yeni çağırışdır. Burada da uğurlu olmaq üçün əlimdən gələni edəcəyəm. Karyeram ərzində çox səhv etmişəm. Amma burada yenidən özümü göstərmək istəyirəm”.

Honda “Neftçi” ilə mövsümün sonunadək müqavilə imzalayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail