Əfsanəvi boksçu Marvin Haqler vəfat edib

15.03.2021 | 3385 dəfə oxunub

Orta çəki üzrə dəfələrlə mütləq dünya çempionu olmuş məşhur boksçu Marvin Haqler vəfat edib. Stadium.Az  xəbər verir ki, bu barədə onun həyat yoldaşı Key Q.Haqler feysbukda yazıb.

O, qeyd edib ki, sabiq idmançı 66 yaşında dünyasını dəyişib. Hazırda keçmiş boksçunun ölüm səbəbi naməlumdur.

Haqler 1980-ci illərdə rinqdə parlaq çıxışları ilə məşhur olub və “Fövqəladə” ləqəbini alıb. O, bu gün də tarixdə öz kateqoriyası üzrə ən yaxşı boksçulardan biri hesab edilir.

Marvin Haqler bir neçə il boyunca mütləq dünya çempionu titulunu saxlayıb – buna yalnız 1987-ci ildə son qoyulub.

Haqler 67 döyüş keçirib. Bunlardan 62-si qələbə (52 nokaut), 3-ü məğlubiyyət, 2-si heç-heçə ilə başa çatıb.

İdmançı çempion titulu uğrunda döyüşlərdə 11 rəqibinə qalib gəlib və nüfuzlu "Rinq" jurnalının versiyasına görə iki dəfə "İlin boksçusu" tituluna layiq görülüb.

O, ən təhlükəli döyüşçülərdən biri hesab edilib. Hətta ulduz idmançılar Haqlerlə döyüşlərdən çəkinməyə üstünlük veriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail